İctimai nəqliyyatın hərəkəti bərpa olundu CƏMİYYƏT
24-05-2021, 07:26
Bu gün saat 06:00-dan Azərbaycanda ictimai nəqliyyatın hərəkəti bərpa edilib.
Trend-in məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.
Bununla əlaqədar mayın 22-si saat 00:00-dan mayın 24-ü saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.