Bakıda sərnişin avtobusu qəzaya düşüb

24-05-2021, 09:30           
Bakıda sərnişin avtobusu qəzaya düşüb
Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

“Report”un məlumatına görə, Dövlət Akademik Filarmoniyasının yaxınlığında 10 saylı "BakuBus" sərnişin avtobusu ilə “Toyota” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Sərnişinlər avtobusdan düşürülüb.

Hadisə yerinə yol polisi əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.