Ermənistan ordusunun əsgəri hərbi hissədə özünü asdı

25-05-2021, 06:35           
Ermənistan ordusunun əsgəri hərbi hissədə özünü asdı
Ermənistan ordusunun əsgəri asılmış vəziyyətdə aşkarlanıb.

Teref.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.

Məlumata görə, əsgərin meyiti xidmət etdiyi hərbi hissədə aşkarlanıb. Onun intihar etdiyi bildirilir. Hərbi qulluqçunun ad və soyadı açıqlanmır. Qeyd edilir ki, əsgər bu ilin əvvəllərində hərbi xidmətə çağırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb. Təhqiqatçılar hadisənin başvermə səbəbini araşdırırlar.

Qeyd edək ki, bu, son 10 gündə Ermənistan ordusunda qeydə alınan ikinci intihar hadisəsidir. Mayın 14-də hərbi qulluqçu, 2002-ci il təvəllüdlü Roman Baqdasaryanın meyiti asılmış vəziyyətdə aşkarlanıb.
Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru