Ermənistanda daha bir əsgərin meyiti tapıldı

26-05-2021, 00:05           
Ermənistanda daha bir əsgərin meyiti tapıldı
Ermənistanda daha bir əsgərin meyiti tapılıb.
Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, bu gün saat 13:00 radələrində 2001-ci il təvəllüdlü əsgər Mher Ovanesyanın meyiti xidmət etdiyi hərbi hissədə tapılıb. O, başından aldığı güllə yarasından ölüb.

Hadisənin necə baş verdiyi araşdırılır.

Xatırladaq ki, bir gün əvvəl Ermənistan Müdafiə Nazirliyi daha bir əsgərin ölümü barədə məlumat yayıb.

Ümumiyyətlə, son vaxtlar Ermənistan Ordusunda intizamsızlıq, "dedovşına”, ölüm halları artıb. Bundan narahat olan valideynlər mütəmadi aksiyalar keçirirlər.

Ermənistan tərəfi isə itkilərini, ordudakı nizam-intizamsızlığı gizlətmək üçün əsgər ölümlərini Azərbaycanla bağlama çalışır. Bu gün də məlumat yayaraq, guya sərhəddə atışma olduğunu, nəticədə Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində bir erməni hərbçisinin öldüyünü açıqlayıb.

Azərbaycan Müdafiə Nazirliyi isə bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmadığını, erməni hərbi qulluqçunun ölümü ilə bağlı insidentin bədbəxt hadisə nəticəsində baş verdiyini, bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı əlaqəsinin olmadığını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru