Bakıda dəhşətli İNTİHAR: - gənc oğlan özünə od vurdu

26-05-2021, 16:52           
Bakıda dəhşətli İNTİHAR: - gənc oğlan özünə od vurdu
Bakıda gənc oğlan intihar edib.

Lent.az-ın məlumatına görə, hadisə mayın 25-də paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 25 yaşlı Qasımov Orxan Elşad oğlu yaşadığı evdə üzərinə benzin tökərək özünə od vurub. Nəticədə o, yanaraq ölüb.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntiharla bağlı iki versiya üzərində iş aparılır. İlkin ehtimallardan biri, gəncin borca görə özünü yandırmasıdır. İkinci ehtimala görə isə intihar ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru