Yük gəmiləri toqquşdu: İtkin düşənlər var

28-05-2021, 10:04           
Yük gəmiləri toqquşdu: İtkin düşənlər var
Yaponiyanın “Byakko” yük gəmisi ilə Marşal Adalarında qeydiyyatda olan kiçikhəcimli, kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulmuş “ULSAN PIONEER” tankeri toqquşub.


Pravda.az xəbər verir ki, hadisə Yaponiyanın Şikoku adasının sahillərində baş verib.


Toqquşma nəticəsində yapon gəmisi aşıb. 12 heyət üzvündən 9-u xilas edilib. Üç dənizçinin itkin düşdüyü bildirilir. 10-dan çox sahil mühafizə gəmisi onların axtarışına cəlb edilib.


Göyərtəsində Cənubi Koreya və Myanmardan 13 dənizçinin olduğu "ULSAN PIONEER" tankeri ciddi ziyan görməyib. Toqquşmadan sonra gəmidə olan kimyəvi maddələrdən heç bir sızma müşahidə edilməyib. Gəmi Çinin Nankingi şəhərindən Yaponiyanın Osaka şəhərinə doğru hərəkət edirmiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru