Rusiyada azərbaycanlı gənci qətlə yetirən yol polisi həbs edildi

31-05-2021, 21:03           
Rusiyada azərbaycanlı gənci qətlə yetirən yol polisi həbs edildi
Rusiyanın Novosibirsk Mərkəzi Rayon Məhkəməsi 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi tabel silahı ilə qətlə yetirən yol polisi əməkdaşını həbs edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Novosibirsk üzrə Baş İdarəsinin nümayəndəsi Anastasiya Kuleşova bildirib.

O, yol polisi baş inspektoru 38 yaşlı Aleksandr Qusev barəsində 28 iyula qədər həbs qətimkan tədbirinin seçildiyini vurğulayıb.

Qeyd edək ki, Vəkil Abdullayevin qətli ilə bağlı saxlanılan polis əməkdaşı Aleksandr Qusev barəsində vəzifə səlahiyyətlərini aşma və ehtiyatsızlıqdan adam öldürmə maddələri ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru