Siyəzəndə dəhşət - 27 yaşlı gəlin özünü asdı

1-06-2021, 23:03           
Siyəzəndə dəhşət - 27 yaşlı gəlin özünü asdı
Siyəzəndə 27 yaşlı gəlin özünü asıb.

Teref.az xəbər verir ki, hadisə Siyəzənin Böyük Həmyə kəndində qeydə alınıb. Kənd sakini, 27 yaşlı Nuranə Şıxəli qızı Səfərəliyeva yaşadığı evin zirzəmisində özünü asaraq intihar edib.

Hadisə yerinə Siyəzən rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları gəlib. Hadisə yeri müayinə olunub.

Bildirilir ki, mərhumun 1 azyaşlı qızı var.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma başlanılıb.

Gənc gəlinin özünü öldürmə səbəbi hələlik məlum deyil. (Modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru