Bağdad hava limanına pilotsuz təyyarələrlə hücum edilib
10-06-2021, 07:44
Bağdadın Beynəlxalq Hava Limanında yerləşən ABŞ-a məxsus Balad hərbi bazasına 3 pilotsuz təyyarə ilə hücum edilib.
APA xəbər verir ki, bu barədə İraq Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Hücum zamanı dağıntı və ya itkilərlə bağlı məlumat verilməyib. Bildirilib ki, İraq cəmiyyətində sabitliyi pozmağa çalışanlar aşkar edilərək cəzalandırılacaq.