Qardaş dostu ilə birləşib qardaşını öldürdü - Azərbaycanda DƏHŞƏT

29-08-2021, 15:23           
Qardaş dostu ilə birləşib qardaşını öldürdü -
Qardaş dostu ilə əlbir olub qardaşını öldürüb.
Teref.az-ın məlumatına görə, hadisə Bərdənin Hacıallı kəndində qeydə alınıb.
1988-ci il təvəllüdlü İnayət Nəzərov dostu Şəhriyarla qardaşı, 1984-cü il təvəllüdlü Səxavət Nəzərovu bıçaqlayaraq öldürüb.
Qardaşların əmisi Nofəl Əliyev bildirib ki, qardaşlar arasında uzun illər əvvəl yaranan mübahisəyə səbəb qısqanclıq olub.
Mərhumun 5 gün əvvəl isə övladı dünyaya gəlib.
Cinayəti törədən şəxslər saxlanılıb.
Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi açılıb.
APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru