Əlli gündən çox yemək yeməyən pişik sağ qalıb

31-08-2021, 07:34           
Əlli gündən çox yemək yeməyən pişik sağ qalıb
Niderlandda pişik 52 gün yeməksiz qalıb və bu səbəbdən kağız yemək məcburiyyətində olub.

Arıqlamış pişik ölkənin cənub-qərbindəki Shidam şəhərində aşkar edilib. Heyvan iyulun əvvəlində ev sahibinin tərk etdiyi qapısı bağlı evdə qalıb. Yeni sahiblər alana qədər ev baxımsız olub.

Baytarlıq təcili yardım heyəti pişiyi heyvan sığınacağına aparıb. Analizlərin cavabına görə məlum olub ki, pişik kağızla qidalanıb.

Onun susuzluğunu sızan krandan içdiyi suyun yatırdığı ehtimal olunur.

Hal-hazırda Finn ləqəbi alan pişik yaxşılaşır, amma yenə də insanlardan uzaq durur və ehtiyatlı davranır.

Evin əvvəlki sahibi isə polis tərfindən axtarılır.

Mənbə: “Dutch News”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru