Xəzər dənizinin sahilində gənc qadın meyiti tapılıb

1-09-2021, 10:04           
Xəzər dənizinin sahilində gənc qadın meyiti tapılıb
Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin sahilində çimərlik geyimində 25-26 yaşlarında naməlum qadın meyiti tapılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Onun dənizdə boğulduğu ehtimal edilir.

Aşkarlanan meyit arıq bədən quruluşlu və boyu 156 santimetrdir.Onun üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.Tapılan zaman barmağında qızıl üzük olub.
Həmin şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 012-454-22-22 və
070-300-20-99 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru