İsveçrədə sürət limitini aşan sürücüyə rekord miqdarda cərimə yazıldı

4-09-2021, 09:17           
İsveçrədə sürət limitini aşan sürücüyə rekord miqdarda cərimə yazıldı
İsveçrədə avtomobili ilə hərəkət zamanı sürət həddini aşan xanım sürücü rekord məbləğdə cərimə ilə cəzalandırılıb.

Belə ki, ona nə az, nə çox – düz 370 min avro cərimə yazılıb.

Məhkəmə ölkədə cərimələrin əmlak varlığına görə hesablandığını, iş adamı xanımın isə 12 milyon avroluq əmlaka sahib olduğunu xatırladıb.

Hərçənd, biznes ledinin şikayətindən sonra cərimənin miqdarı 175 min avroya endirilsə də, bu, ölkədə, bəlkə də dünyada ən böyük avtocərimə kimi tarixə düşüb.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru