Kanada paytaxtının qərbində təyyarə qəzaya uğrayıb, 2 nəfər XƏSARƏT ALIB

5-09-2021, 00:50           
Kanada paytaxtının qərbində təyyarə qəzaya uğrayıb, 2 nəfər XƏSARƏT ALIB
Kanadanın paytaxtının qərbində kiçik təyyarə qəzaya uğrayıb.

KAİM.az-ın xəbərinə görə, bu barədə CTV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Ottavanın qərbində, Karp hava limanı yaxınlığında qeydə alınıb. Özəl təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar pilot və sərnişindir. Onların həyatı üçün təhlükə yoxdur.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı açıqlanmır. Polis qəzanın baş verdiyi əraziyə aparan avtomobill yollarını bağlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru