Pakistanda kişi övladlarını və nəvələrini yandırdı

19-10-2021, 08:56           
Pakistanda kişi övladlarını və nəvələrini yandırdı
Pakistanın Pəncab vilayətində ailə faciəsi yaşanıb.

Müzəffərqarh şəhər sakini qızlarından birinin onun razılığı olmadan ərə getdiyi üçün öz evini yandırıb.

Yanğın nəticəsində kişinin iki qızı və dörd nəvəsi yanaraq ölüb. Uşaqlar dörd aylıq, 2, 6 və 13 yaşlarında olublar.

Faciənin səbəbkarı həbs olunub. İnsidentlə bağlı istintaq aparılır.

Mənbə: “Reuters”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.