ABŞ-ın daxili təhlükəsizlik naziri koronavirusa yoluxub

20-10-2021, 08:16           
ABŞ-ın daxili təhlükəsizlik naziri koronavirusa yoluxub
ABŞ-ın daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın koronavirus testinin cavabı müsbət çıxıb "Report" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, nazir hər iki dozada tam peyvənd olunub.

Alexandro Mayorkas bundan sonra özünü təcrid edəcək və ev şəraitində çalışacaq.

Qeyd edilir ki, Mayorkasın ABŞ dövlət katibi Entoni Blinkenlə birlikdə Kolumbiyaya səfəri nəzərdə tutulurdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.