Bu gün səhər saatlarında Ermənistanda dəhşətli yol qəzası qeydə alınıb.
Publika.az Ermənistan mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.
Hadisə saat 07:00 radələrində İrəvan-Gümrü avtomobil yolunun 50-ci kilometrliyində baş verib. "Gazelle" markalı avtomobil yoldan çıxaraq beton maneələrə çırpılıb.