Qarabağda da yoluxma artır - 66 erməni ağır vəziyyətdədir

23-10-2021, 17:48           
Qarabağda da yoluxma artır - 66 erməni ağır vəziyyətdədir
Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazisində məskunlaşan ermənilər arasında koronavirusa yoluxmada artım müşahidə edilir.

KONKRET.az xəbər verir ki, son sutkada cəmi 140 test aparılıb, 46 textin nəticəsi pozitiv olub.

Cəmi 19 min civarında olan əhali üçün bir gündə 46 yeni yoluxma yüksək nəticə sayılır.

Hazırda 124 nəfər xəstəxanada müalicə olunur, onlardan 14-nün vəziyyəti çox ağır, 52-nin vəziyyəti isə ağır qiymətləndirilir.

Ümumilikdə indiyə qədər Qarabağda məskunlaşan ermənilər arasında 1594 yoluxma qeydə alınıb./axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru