Vilayət Eyvazov işdən çıxardığı rəisi yeni vəzifəyə TƏYİN ETDİ

24-10-2021, 11:32           
Vilayət Eyvazov işdən çıxardığı rəisi yeni vəzifəyə TƏYİN ETDİ
Daxili İşlər Orqanlarında növbəti kadr təyinatı baş tutub.

Teref.az xəbər verir ki, bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunan polis polkovnik-leytenantı Rəşad Rəcəbov yeni vəzifəyə təyin edilib. Belə ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə R.Rəcəbov Qusar Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Sabunçu Rayon Polis İdarəsinin keçmiş rəisi, polis polkovniki Eldar İlyasov da bir müddət bundan əvvəl vəzifəsindən azad olunaraq Qusar Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi. manset.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru