Ekvadorda qar uçqunu uçması nəticəsində ən azı 4 nəfər ölüb 25-10-2021, 07:44 Çimborazo vulkanının yamacından qar uçqunu nəticəsində azı 4 nəfər ölüb, 1 nəfər yaralanıb.Trend-in məlumatına görə, bu barədə Agence France-Presse agentliyi xilasetmə xidmətinə istinadən xəbər verib.Məlumata əsasən, hadisə Ekvadorun Çimboraso vilayətində baş verib.Bildirilib ki, hadisə zamanı yamacda 12 nəfər olub:"Hadisə yerində cavab qrupu işləyir, xilasetmə əməliyyatında polis helikopteri iştirak edir". Facebook-da paylaş