Nyu-York metrosunda atışma olub

26-10-2021, 08:28           
Nyu-York metrosunda atışma olub
ABŞ-ın Nyu-York şəhərinin metrosunda silahlı insident baş verib.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Nyu-York şəhər polisindən bildiriblər.

Məlumata əsasən, insident N xəttində metro qatarının Manhettendə yerləşən "14 Street-Union Square" stansiyasına yaxınlaşarkən baş verib: "Sərnişinlərdən biri digərindən telefonunu ona verməsini tələb edib, daha sonra isə odlu silahdan onun ayağına atəş açıb".

Bildirilir ki, insident metroda insanların çox olduğu zamanda baş verib, lakin başqa xəsarət alan olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru