Bakıda yük maşını dəhşətli qəza törətdi - ÖLƏN VAR/VİDEO
26-10-2021, 17:06
Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzasə baş verib.
Publika.az xəbər verir ki, Lökbatan qəsəbəsində ağırtonnajlı yük maşını sürüşərək yoldan çıxıb və kənardakı tikiliyə çırpılıb. Zərbənin gücündən avtomobilin sürücü kabinası tamamilə dağılıb.
Hadisə şahidləri sürücünün yerindəcə vəfat etdiyini bildiriblər.