Xəstəxanaya iynə vurdurmağa gədən kişi mühafizəçiyə kəllə atdı - VİDEO

28-10-2021, 08:19           
Xəstəxanaya iynə vurdurmağa gədən kişi mühafizəçiyə kəllə atdı - VİDEO
Türkiyənin İzmir şəhərində xəstəxanaya iynə vurdurmağa yollanan kişi mühafizəçiyə hücum edərək ona xəsarət yetirib.

Verilən ilkin məlumata əsasən, pasiyent həkimin onu qəbul etməyi gecikdirməsini əsas gətirərək həkimlə mübahisə etməyə başlayıb.

Tibb mərkəzinin mühafizəçiləri dərhal insidentə müdaxilə edib. Lakin xəstəxananın mühafizəçilərinin ani diqqətsizliyindən istifadə edən xəstə onlardan birinə başı ilə zərbə endirib.

Zərbə nəticəsində mühafizəçinin yumşaq toxumaları zədələnib.

Hadisə anbaan xəstəxananın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.


Mənbə: “Demirören Haber Ajansı” (DHA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru