Bakıda evdə partlayış: Xəsarət alanlar var

28-10-2021, 12:05           
Bakıda evdə partlayış:
Bakıda evdə partlayış olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 27-də paytaxtın Sabunçu qəsəbəsi, Y.Saratov küçəsində qeydə alınıb.

Belə ki, Vidadi Fərəcova məxsus fərdi yaşayış evində ani partlayış baş verib. Nəticədə mənzildə kirayənişin kimi yaşayan Goranboy sakini, 1984-cü il təvəllüdlü G.Adıgözəlova və Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elşən Əliyev xəsarət alıb. Onlar təcili tibbi yardım vasitəsi ilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Yaralılardan E.Əliyevin vəziyyəti normal, G.Adıgözəlovanın vəziyyəti isə ağırdır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

İlkin baxış zamanı ümumilikdə sahəsi 80 kvadratmetr olan ev üç otaq və bir mətbəxtdən ibarətdir. Partlayış nəticəsində evin bütün otaqları yanıb.

Partlaşın baş vermə səbəbi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru