Azərbaycanda daha bir pedaqoq covid 19 dan dünyasını dəyişdi - FOTO
29-10-2021, 00:07
Şəmkir rayonunda pedaqoq koronavirusdan dünyasını dəyişib. Cahangir Rüstəmov adına orta məktəbdə rus bölməsinə təhsil verən Hüseynova İrina Bəşir qızı covid 19 virusundan həyatını itirib. Pedaqoq bir müddət müalicə olunsa da qadının həyatını xilas etmək mümkün olmayıb. Məlumat üçün bildirək ki, İ.Hüseynova Şəmkir rayonun da ən tanınan müəllimlərdən olub.