Zəngəzurda iri şirkət fəaliyyətini dayandırdı: 1,5 min erməni işsiz qaldı

30-10-2021, 10:14           
Zəngəzurda iri şirkət fəaliyyətini dayandırdı: 1,5 min erməni işsiz qaldı
Ermənistanın Zəngəzur mahalında “Ajdanak” nəqliyyat-tikinti şirkəti işlərini dayandırıb. Nəticədə 1,5 min erməni işsiz qalıb.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, şirkət bunun səbəbini hüquq-mühafizə orqanlarının hərəkətləri ilə əlaqələndirir.

Səhər saatlarında Qafan polis idarəsinin əməkdaşları bütün avadanlığın müayinə üçün polis bölməsinə çatdırılmasını tələb ediblər. Bu barədə şirkətin Facebook səhifəsində məlumat verilib.

Şirkət rəhbərliyi bu tələbi qanunsuz, məntiqsiz və qəbuledilməz adlandırıb.

Ermənistan polisi mövzu ilə bağlı şərh verməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.