Bakıda nazir müavininin qabırğası sındı, xəstəxanaya yerləşdirildi – AÇIQLAMA

3-11-2021, 17:14           
Bakıda nazir müavininin qabırğası sındı, xəstəxanaya yerləşdirildi – AÇIQLAMA
Bir müddətdir heç bir tədbirlərdə görünməyən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılovun başına iş gəlib.

Hokm.az manset.az-a istinadən xəbər verir ki, yeni Gənclər və İdman naziri Fərid Qayıbovun təqdimatında və ondan sonrakı tədbirlərə görünməyən İsmayıl İsmayılov yıxılaraq qabırğasını sındırıb. Bir müddətdir xəstəxanada müalicə olunan nazir müavininin müalicəsi davam edir.

Bu barədə açıqlama verən İsmayıl İsmayılov vəziyyətinin yaxşı olduğunu bildirib.

“Hazırda yaxşıyam. Bu dəqiqə mənəm-mənəm deyən istənilən güləşçi ilə güləşə bilərəm. Min şükür çox yaxşıyam.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru