Abşeronda sərnişin avtobusu yandı

5-11-2021, 07:24           
Abşeronda sərnişin avtobusu yandı
Abşeron rayonunda təmirə dayanan “Iveco” markalı sərnişin avtobusunun salon hissəsi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) xəbər verirlər.

Yüksək temperaturdan yaxınlıqda dayanan “МАЗ” markalı avtokranın güzgüsü və sol qapısı qarsalanıb. Hər iki avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.