Ukrayna polisinin 5 ildir axtardığı cinayətkar Ermənistanda tapılıb

7-11-2021, 08:57           
Ukrayna polisinin 5 ildir axtardığı cinayətkar Ermənistanda tapılıb
Ermənistanın Baqramyan rayon Polis İdarəsinin Cinayət axtarışı və pasport xidməti şöbələrinin Baqramyan kəndində keçirdiyi əməliyyat zamanı 32 yaşlı M.Qaregin saxlanılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, o, 2016-cı ildən Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı axtarışda olub.

Ermənistan Polisinin mətbuat xidməti faktı təsdiqləyib. Məlumata görə, onun axtarışı təşəbbüsü ilə Ukrayna tərəfi çıxış edib. Ermənistan Polisi Ukraynanı M.Qareginin saxlanılması barədə məlumatlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru