Azərbaycan yığmasının baş məşqçisi vəfat edib – FOTO
8-11-2021, 00:05
Azərbaycanın şose velosipedi üzrə yığma komandasının baş məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi Əbülfəz Məmmədov vəfat edib.
Teref.az Report-a istinadla xəbər verir ki, Əbülfəz Məmmədov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.