101 metrlik Panama gəmisi yarıya bölünüb

9-11-2021, 09:44           
101 metrlik Panama gəmisi yarıya bölünüb
Rusiyanın Primorsk diyarının Naxodka limanının yaxınlığında konteyner daşıyan gəmi yarıya bölünüb.

SIA xəbər verir ki, bu barədə Naxodka limanının xilasetmə bölməsi məlumat yayıb.

Bildirilib ki, Panama bayrağı altında üzən “Rise Shine” adlı gəmi sahilə yan aldıqdan sonra bölünüb.

Hazırda ekipajın təxliyəsi üçün müvafiq tədbirlər görülür.

İlkin məlumatlara görə, gəminin uzunluğu 101 metr, eni isə 19 metrdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.