Yol idarəsində dava - İşçi KamAZ-ın altında qalıb öldü

9-11-2021, 17:50           
Yol idarəsində dava - İşçi KamAZ-ın altında qalıb öldü
Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yerləşən Yol İstismarı İdarəsində dava olub.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə idarənin həyətində baş verib.

Abşeron Rayon Polis İdarəsinə noyabrın 8-də rayonun Güzdək qəsəbəsi ərazisində yerləşən Yol İstismarı İdarəsinin həyətində orada işləyən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin münaqişə zəminində Xırdalan şəhər sakini İmamverdi Alyarovu itələməsi nəticəsində sonuncunun Şəki rayon sakini R.İbrahimxəlilovun idarə etdiyi “KamAZ” markalı avtomobilin təkərlərinin altında qalaraq hadisə yerində ölməsi barədə məlumat daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru