Sumqayıtda müəssisədə partlayış: Üç nəfər xəsarət aldı
10-11-2021, 07:21
Sumqayıtdakı müəssisələrin birində partlayış olub. APA xəbər verir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının törəmə şirkəti olan “STP AH” MMC-də baş verib. Müəssisədəki metaləridən qazanda əmələ gələn qazın dalğasından partlayış yaranıb. Orada olan 3 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır.