Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələdi

11-11-2021, 10:10           
Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələdi
Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Yenisabah.az-ın məlumatına görə, hadisə Şəmkir rayonunda qeydə alınıb.

Belə ki, Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsızlıqdan özünə atəş açıb və xəsarət alıb.

Xəsarət almış polis əməkdaşı xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.

DİN-nin Mətbuat xidməti oxu.az-a faktı təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru