İrəvanda atışma olub, keçmiş deputat-avtoritet ölüb

11-11-2021, 11:13           
İrəvanda atışma olub, keçmiş deputat-avtoritet ölüb
Ermənistanın paytaxtı İrəvanda baş verən atışma nəticəsində 4 nəfər ölüb.

“Report” “Shamshyan”a istinadən xəbər verir ki, hadisə noyabrın 11-də saat 04 radələrində olub.

Bildirilib ki, İrəvanın Kanakera küçəsində polis əməkdaşları və müstəntiqlər iki kişi meyiti aşkarlayıblar. Sonrada məlum olub ki, həmin ərazidən 2 yaralı da hospitala aparılarkən yolda ölüb. Hadisə yerindən bir neçə silah, güllə, bıçaq aşkarlanıb.

Qeyd edək ki, ölənlər arasında Ermənistanda cinayətkar aləmdə tanına “Kanakersi Tuy” ləğəbli Artur Kazaryan da var. O, Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyasından deputat olub. Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanın işğalında qalması uğrunda silahlı dəstələrdən birində vuruşub. Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın göstərişinə əsasən, separatçıların tör-töküntülərinin başçısı onu “döyüş silahı ilə mükafatlandırıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru