Rusiya qırıcıları İdlibi bombalayıb, 5 mülki şəxs ölüb, 4-ü yaralanıb

11-11-2021, 17:43           
Rusiya qırıcıları İdlibi bombalayıb, 5 mülki şəxs ölüb, 4-ü yaralanıb
Suriyanın İdlib bölgəsini Rusiyaya aid “Su-34”ün bombalaması nəticəsində 3-ü uşaq olmaqla 5 mülki şəxs ölüb, 4 dinc sakin yaralanıb.

“Report” “A Haber”ə istinadən xəbər verir ki, Rusiyaya məxsus qırıcılar noyabrın 11-də günorta saatlarında İdlibə hava hücumu edib.

Bildirilib ki, İdlibin mərkəzində yerləşən quşçuluq təsərrüfatına “Su-34”ün etdiyi üç hava hücumu nəticəsində 5 mülki şəxs ölüb, 4-ü yaralanıb.

Qeyd edək ki, 2017-ci il mayın 4-5-də Türkiyə, Rusiya və İranın rəsmi nümayəndələri Qazaxıstanın Astana şəhərində İdliblə bağlı toplantı keçirib. Tədbirin yekununda İdlib və ətrafı “Gərginliyi azaltma bölgəsi” elan edilib. 2018-ci il sentyabrın 17-də Rusiyanın Soçi şəhərində imzalanan razılaşmaya baxmayaraq, Bəşşar Əsəd rejiminə bağlı silahlılar və onu dəstəkləyənlər İdlibə tez-tez hücumlar edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru