Azərbaycanda dəhşətli qətl: Aytəkinə gecə saatlarında naməlum şəxs tərəfindən zəng gəlib

13-11-2021, 08:59           
Azərbaycanda dəhşətli qətl: Aytəkinə gecə saatlarında naməlum şəxs tərəfindən zəng gəlib
Samuxda qətl hadisəsi baş verib.

Hadisə gecə saatlarında, rayonun Sərkar kəndində, “5 yol” adlanan ərazidə qeydə alınıb.

Xəstəxanadan bildirilib ki, 54 yaşlı Aytəkin Hüseynov ağır vəziyyətdə tibb müəssisəsinə yerləşdirilib. Çoxlu qan itirdiyindən həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisə yerinə Samux rayon prokurorluğunun əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Əməkdaşlarımız qətlə yetirilən Aytəkin Hüseynovun yaşadığı evdə olub. Mərhumun yaxınları müsahibə verməkdən imtina etsələr də, kənd sakinləri bəzi məqamları əməkdaşlarımızla bölüşüblər. Belə ki, onlar Aytəkinə gecə saatlarında naməlum şəxs tərəfindən zəng edildiyini və onu küçəyə çağırdığını bildirib. Elə hadisədə həmin vaxt baş verib. Qətlin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Qeyd edək ki, mərhum uzun müddət Rusiyada yaşayıb və bir qızı, bir oğlu var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru