On ayda Bakı Limanından 4 milyondan çox yük aşırılıb
3-12-2021, 15:11
Bakı Limanında yükaşırma göstəricisi mütəmadi olaraq artmaqdadır. Limandan AzVision.az -a verilən məlumata görə, cari ilin 10 ayı ərzində Bakı Limanında 4 milyon 707 min ton yük aşırılıb. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,2 %-lik artım deməkdir. Ayrı-ayrı sahələr üzrə də müsbət nəticələr əldə edilib.