Nazarbayevin qızı sosial şəbəkələrdə hesablarını bağladı YERİNİ BƏLLİ EDİRMİŞ

14-01-2022, 12:34           
Nazarbayevin qızı sosial şəbəkələrdə hesablarını bağladı YERİNİ BƏLLİ EDİRMİŞ
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə sosial şəbəkələrdəki səhifələrinə girişi məhdudlaşdırıb, çünki hesablardan birində onun yeri göstərilib.

Hazırda Aliyə Nazarbayevanın Facebook və Instagram səhifələrinə daxil olmaq mümkün deyil. Link etibarsızdır və ya səhifə silinib, - onun səhifəsinə baxmaq istəyəndə Instagram xəbərdarlıq edir.

Əvvəllər Nazarbayevin kiçik qızı Qazaxıstanda baş verənləri şərh edib və jurnalistlər onun BƏƏ-yə getdiyini irəli sürüblər - bunu sosial şəbəkələrdə yerin linki göstərirdi.

REGNUM-un xəbərinə görə, daha əvvəllər kütləvi iğtişaşlar fonunda Nazarbayev və onun qohumlarının Qazaxıstanı tərk etməsi ehtimal edilirdi. Lakin yanvarın 12-də Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Nazarbayevin Nur-Sultanda olduğunu açıqlayıb.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru