İranda polis qətlə yetirildi

3-02-2022, 17:33           
İranda polis qətlə yetirildi
Paralel.az xəbər verir ki, fevralın 3-ü səhər saatlarında Şiraz şəhərinin Bidzərd bölgəsində qətl hadisəsi baş verib. Polis bölməsinin rəis müavini, leytenant Əliəkbər Rəncbər bıçaqlanaraq öldürülüb.

Fars vilayətinin Polis İdarəsinin rəis müavini polkovnik Kavus Məhəmmədi qətli törədənləri quldur adlandırıb.

“Bir neçə nəfər xuliqanın törətdiyi qarşıdurma zamani Əliəkbər Rəncbər boyun nahiyəsindən aldığı bıçaq yarası nəticəsində hadisə yerindəcə keçinib. Digər bir polis məmuru isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb”-deyə, polkovnik bildirib.

O, qətli törədənlərin kimliyi, neçə nəfər olması barədə açıqlama verməyərək, onların tutulması üçün axtarış-əməliyyat tədbirlərinin başlandığını qeyd edib.
Akif Nəsirli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru