Yeni köçdüyü evdə xalçanın altında gizli seyf tapdı - VİDEO

4-02-2022, 10:25           
Yeni köçdüyü evdə xalçanın altında gizli seyf tapdı - VİDEO
@imthefookinglizardking adlı “TikTok” istifadəçisi yeni aldıqları evi tozsoranla təmizləyərkən xalının altında, əvvəllər varlığını bilmədiyi seyf tapıb. Liz adlı qadın yeni tapıntısının videosunu yayımlayıb. Böyük maraqla qarşılanan görüntülər altı milyondan çox baxış toplayıb.


Qadının sözlərinə görə, ev 1970-ci illərin sonlarında tikilib.

“TikTok” istifadəçisinin sözlərinə görə, seyfi aça biləcək mütəxəssis tapmaq onun gözlədiyindən də çətin olub: “On çilingərlə əlaqə saxladım. Mən zarafat etmirəm. Onlardan 4-5 nəfəri döşəmə seyfləri ilə işləmədiyini dedi”.

Hətta seyfi istehsal edən şirkətdə kombinasiya olmadığından, yerli ustalar axtarmalı olub. Nəhayət, Cim adlı usta seyfi 700 dollara aça biləcəyini deyib. Seyf açıldıqda onun boş olduğu görünüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru