ƏR-ARVAD EVDƏ ÖLÜ TAPILDI: 2 körpə valideynlərini oynamağa səsləyirdi...

4-02-2022, 11:43           
ƏR-ARVAD EVDƏ ÖLÜ TAPILDI:
Rusiyanın Rostov vilayətində gənc ər-arvad yaşadıqları mənzillərində qohumları tərəfindən ölü tapılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cütlüyün 2 və 3 yaşlarında olan qızları meyitlərin yanında olublar.

Onların ölümündən, təxminən bir sutka sonra qızın anası övladlarına baş çəkmək üçün Şoloxov prospekti, 30 ünvanına gəlib. Mənzilə daxil olanda qızının və ərinin mətbəxdə yerə uzandığının şahidi olub: "Azyaşlılar valideynlərini oynamağa çağırırdı, nə baş verdiyini başa düşmürdülər".

Hüquq-mühafizə orqanlarından bildirilib ki, cütlüyün üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb və ölümün səbəbləri də aydın deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru