SON DƏQİQƏ! Azərbaycanda güclü yanğın: Alovun hündürlüyü 7 metrə qalxıb

5-02-2022, 00:09           
SON DƏQİQƏ! Azərbaycanda güclü yanğın:
Ucarda qaz xəttində baş verən sızma güclü yanğına səbəb olub. Yerli KİV-lərin xəbərinə görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.


Eyni yerdə yerləşən 4 ana xətdə – 315 mm-lik, 160 mm-lik, 110 mm-lik və 225 mm-lik qaz xəttində baş verən yanğın zamanı alovun hündürlüyü 7-8 metrəyə çatıb.

Yanğın güclü olduğundan həmin xətdə qaz təchizatı müvəqqəti dayandırılıb. Bu səbəbdən də rayonun Alpout, Qazıqumlaq, Ramal, Qaradağlı, Çini, Məlikballı, Alıkənd və rayon mərkəzinin bir hissəsi qazsız qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. Ölən və xəsarət alan olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru