Alüminium qiymətləri son 14 il ərzində ən yüksək həddə çatıb

9-02-2022, 07:47           
Alüminium qiymətləri son 14 il ərzində ən yüksək həddə çatıb
Dünya birjalarında alüminium qiymətləri bir ton üçün 3 min 236 dollara çatıb. Bu, 2008-ci ilin iyulundan bəri qeydə alınan ən yüksək göstərici olub.

Qeyd olunur ki, son sutka ərzində alüminium 3 faiz bahalaşıb. Ümumilikdə, bu ilin əvvəlindən alüminiumun qiyməti 15 faiz artıb.

Ötən il ərzində isə həmin metal 42 faiz bahalaşmışdı. Mütəxəssislərin fikrincə, bu bahalamaşmaya səbəb Çinin hava çirklənməsinin qarşısının alınması məqsədilə alüminium istehsalını azaltması olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru