Bakıda 15 yaşlı yeniyetmə ölü uşaq dünyaya gətirib və vəfat edib - VİDEO

9-02-2022, 09:14           
Bakıda 15 yaşlı yeniyetmə ölü uşaq dünyaya gətirib və vəfat edib - VİDEO
Bakıda 15 yaşlı hamilə yeniyetmə doğuşdan sonra vəfat edib. O, bətnindəki dölü ölü dünyaya gətirdikdən qısa müddət sonra dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, hadisə fevralın 4-də paytaxtın Sabunçu rayonu, 3 Saylı Şəhər Kliniki Xəstəxanasında qeydə alınıb.

Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 4-də, saat 18 radələrində Binə qəsəbəsində yaşayan Lənkəran rayon sakini 2006-cı il təvəllüdlü qızın və bətnindəki dölün ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal istintaq qrupu hadisə yerinə gəlib. Qonşuların sözlərinə görə, yeniyetmə doğuşu yaşadığı evdə edib.

Qonşuların dedikləri faktı Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov da təsdiq edib. O əlavə edib ki, məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitlərə baxış keçirilib, meyitlərin bədən səthi üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Hadisənin baş verdiyi ünvana getsək də, bizi qarşılayan olmadı. Qonşuların sözlərinə görə, hadisədən sonra ailə dəfn üçün Lənkəran rayonuna gedib.

3 saylı Şəhər Kliniki Xəstəxanasının Ginekologiya şöbəsinin müdiri Pərvanə Orucova deyib ki, 15 yaşlı qızın hamiləliyi ilə bağlı anası, həyat yoldaşı və yanlarında olan başqa bir şəxsin verdikləri məlumatlar bir-biri ilə ziddiyyət təşkil edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.