Əli Əsədovun kadrları üçün deyəsən, iş və qeyri-iş gününün heç bir fərqi yoxdur

2-03-2022, 11:45           
Əli Əsədovun kadrları üçün deyəsən, iş və qeyri-iş gününün heç bir fərqi yoxdur
Bu həftə martın 5-i şənbə, 6-sı bazar günüdür, 8 mart isə Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Teref.az axar.az-a istinadla xəbər verir ki, qeyri-iş günlərinin ardıcıllığının təmin edilməsi üçün adətən belə hallarda istirahət günü ilə iş gününün yeri dəyişdirilir. Məsələn, 5 mart şənbə günü iş günü olaraq təyin edilir, əvəzində 7 mart qeyri-iş günü olur və beləliklə, 6-8 mart tarixləri qeyri-iş günləri elan edilir.

Şimal qonşumuz ötən həftədən bu qərarını elan edib və bu həftə Rusiyada altıgünlük iş həftəsidir.

Bəs, Azərbaycanda necədir?

Bununla bağlı saytımız Nazirlər Kabinetinə 3 gündür sorğu versə də, heç bir cavab yoxdur. Əli Əsədovun kadrları üçün deyəsən, iş və qeyri-iş gününün heç bir fərqi yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru