Ruslar Krımdan ordu göndərir

27-05-2022, 11:32           
Ruslar Krımdan ordu göndərir
Rusiya hərbçiləri Krımdan Zaporojye bölgəsinə şəxsi heyət, hərbi texnika və “Qrad” daşıyır.

Axar.az xəbər verir ki, bu barədə Zaporojye hərbi administrasiyası məlumat yayıb.

Məlumata görə, Rusiya Krım yarımadasından təkcə quru qoşunlarını deyil, həm də hava və dəniz bölmələrini köçürür:

“Hərbi texnika karvanı Krımdan Melitopol istiqamətində hərəkət edib. Burda təxminən iyirmi yük maşını və eyni sayda "Qrad" reaktiv yaylım atəş sistemi olub”.

Qeyd olunur ki, Rusiya ordusu Ukraynanın cənubunda möhkəmlənmək və mövqelərini saxlamaq üçün əlavə qüvvələr yerləşdirərək üçüncü müdafiə xəttini qurur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.