16 yaşlı qız intihar edib - Bakıda DƏHŞƏT

17-06-2022, 17:57           
16 yaşlı qız intihar edib -
Bakıda 16 yaşlı qız intihar edib.

Teref.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 16 radələrində Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasındakı sanitar qovşaqdan yeniyetmə qızın asılmış vəziyyətdə meyiti aşkar edilib.

İlkin araşdırmalardan sonra meyitin həmin sanatoriyanın həyətindəki evlərdən birində yaşayan, 2006-cı il təvəllüdlü Ə.Əliyevaya məxsus olması müəyyən edilib.

Bəlli olub ki, orta məktəbin yuxarı sinif şagirdi olan 16 yaşlı Ə.Əliyevanın tanış olduğu oğlanla sevgi münasibəti yaranıb. Valideynləri isə ona həmin oğlanla əlaqəsini kəsməsini tapşırıblar. Ali məktəbə hazırlaşan qızın ailə üzvləri daha sonra Ə.Əliyevanın mobil telefonunu əlindən alıblar.

Bundan sonra 16 yaşlı qız sanitar qovşaqda özünü asaraq həyatına son qoyub.

Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru