Kabriolet sürücüsündən təhlükəli “ekstrim-flirt” - VİDEO

30-06-2022, 11:44           
Kabriolet sürücüsündən təhlükəli “ekstrim-flirt” - VİDEO
Sosial şəbəkədə kabriolet sürücüsünün təhlükəli tryukunu əks etdirən görüntülər yayılıb. Video Rusiyanın Sankt-Peterburq şəhərindəndir.

Kadrlarda görünür ki, magistral yolda hərəkət edən sürücü qəfil üfüqi vəziyyətə keçib, bundan sonra bir neçə müddətə əllərini sükandan çəkib.

“Supermen” bu üsulla qonşu maşında baş verənləri videoya çəkən qızların diqqətini çəkməyə ümid edib.


Sürücünün təhlükəli tryukun köməyi ilə əks cinsin diqqətini çəkə bilib-bilmədiyi məlum deyil, lakin polis həmin şəxslə maraqlanıb.

“Sürücü avtomobilinin sükanı arxasında təhlükəli akrobatik davranışlar həyata keçirərək, digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atıb”, - deyə hüquq mühafizə orqanlarından bildirilib.

Mənbə: Motor.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru