Gəncədə 73 yaşlı kişi evini yandırıb

2-07-2022, 09:53           
Gəncədə 73 yaşlı kişi evini yandırıb
Gəncə şəhərində yaşlı kişi evini benzin tökərək yandırıb.

“Report” xəbər verir ki, hadisə Gəncə şəhəri, Həmid Sultanov küçəsində yerləşən fərdi evlərin birində qeydə alınıb.

Ev sahibi, 1949-cu il təvəllüdlü Ə.Fətullayev məlum olmayan səbəblərdən ümumi sahəsi 66 kv.m olan evinə benzin tökərək yandırıb. Yanğın nəticəsində ev içərisindəki əşyalarla birgə tamam yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin dörd yanğınsöndürən avtomobili və 28 canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, ətrafdakı tikililər yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru